AĞZI İLƏ QUŞ (MİLÇƏK) TUTMAQ

çox cəld, zirək, fərasətli, bacarıqlı olmaq, hər şeyi çox tez anlamaq.

AĞZI FAL ÇIXMAQ (OLMAQ)
AĞZI İSTİ YERDƏ OLMAQ
OBASTAN VİKİ
Milçək (bürc)
Milçək (lat. Musca) — göyün cənub yarımkürəsində bürc.
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Həqiqətin ağzı
== Məzmunu və tarixçəsi == "Həqiqətin ağzı" (it. Bocca della Verità) — üzərində Triton (və ya Okean) təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Təxminən e.ə. IV əsrə aiddir. XVII əsrdən etibarən Romanın Müqəddəs bakirə Məryəm (it. Santa Maria in Cosmedin) kilsəsinin girişində qoyulmuşdur. 1,75 m diametrə, 19 sm qalınlığa, 1200–1300 kq çəkiyə malik bu üzlük çox güman ki, hər hansısa fəvvarənin bir hissəsi olmuşdur. Orta əsrlərdən etibarən yalan detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər. Bir çox məşhur filmlərin ("Roma tətilləri"-(ing. "Roman Holiday")-Uilyam Uayler (baş rollarda: Qreqori Pek, Odri Hepbern), "Şirin həyat"-(it.
Milçək (film, 2006)
== Məzmun == Filmdə hadisələr əsasən dəmiryol vağzalında baş verir. Baş obraz olan Kərimin (Elməddin Cəfərov) ən böyük məqsədi — atası kimi — milçək öldürməkdir. Və bu işinə görə özünü əsl qəhrəman hesab edir. Qısası, fılmdə əsas məna odur ki, boş işlə məşğul olanlar özlərini, əslində, ciddi, həyati məsələlərlə ilgili hesab edirlər. == Film haqqında == Filmdə 24 aktyor iştirak etmişdir. Filmdə kompüter qrafikasından istifadə edilmişdir. Filmin başlanğıc mahnısı filmin məzmununa uyğun gəlmir. Mahnıda qatar barədə oxuyurlar, lakin filmdə qatardan söz belə düşmür. == Səhv == Film genişekranlıdır. Lakin Kərim xəyala dalanda qəflətən ekran adi formatlı olur.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar.Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Uşaqlıq ağzı xərçəngi
Uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi, servikal xərçəng bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Serviks Xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağızının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür.Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsinin anormal hüceyrələrə çevrilməsiylə " xərçəng öncülləri" adlanan hüceyrələr meydana gəlir. Xərçəng öncülləri; prekanseröz strukturlardır və erkən müəyyən olunub müalicə edilmədiklərində uşaqlıq ağzı xərçənginə çevrilə bilərlər. Bu dəyişikliklərdən məsul olan əsas faktor, "HPV" olaraq bilinən İnsan papilloma virusudur. Uşaqlıq ağzı xərçəngi ümumiyyətlə orta və orta yaş üstü qadınlarda görülsə də, hər hansı bir yaşda da ortaya çıxa bilər. Uşaqlıq ağzı xərçəngindən qorunmaq üçün İlk cinsi əlaqədən 3 il sonra ginekoloji yoxlanışlar sırasında PAP smear testi edilməsi tövsiyə edilir. 30 yaş üzərində 3 ardıcıl normal PAP test nəticəsindən sonra PAP smear testi 2 −3 ildən bir edilə bilər.Serviks xərçəngi Dünya üzərində ortalama hər 2 dəqiqədə bir qadının ölümünə səbəb olan və müxtəlif ölkələrdə aparılan işlərdə qadınlarda döş xərçəngindən sonra ən sıx görülən ikinci xərçəngdir.. == Risk Faktorları == HPV infeksiyası (Serviks xərçəngi hadisələrin% 95’ini HPV DNT müsbət tapılmışdır) HPV virusu rəhm ağızına seksual yolla yoluxma mümkündür.
Bülbül (quş)
Kardinal (quş)
Kivi (quş)
Kivi (Apteryx Shaw, 1813) — Tilsizlər dəstəüstünə aid yeganə quş cinsi. Kivi uça bilmir, çünki qanadları yoxdur. Uzun dimdiyi var. Bədəninin ölçülərinə nisbətdə yumurtası böyükdür.
Quş (Maku)
Quş (fars. قوش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (70 ailə).
Quş adası
Quşadası — Türkiyədə yerləşən istirahət zonası. Quş adası (Slovakiya) — Slovakiyanın qərbində yerləşən ada.
Quş alimi
Quş koloniyası
Quş koloniyası — Dəniz quşlarının sahil ərazilərinə yaxın ərazilərdə təşkil etdikləri kütləvi yuvalama ərazisidir. Dəniz quşları arasında Təmizçilər, Qağayılar, Çovdarçıkimilər, Fırtınaquşukimilər, Qarabatdaq, Ördəklər, Oluşalar və pinqvinlər üstünlük təşkil edir. Onlar əsas sahilə yaxın qayalıqlarda və bəzəndə qumluqlarda yuva qururlar. Xüsusi ilə qütb enliklərdə yerləşən adalarda bu koloniyaların həcmi dahada böyükdür. Quş koloniyalarının olduğu ərazilər: Şimal Torpağı, Yeni Sibir adaları, Kuril adaları, Aleut adaları, Kanada Arktik arxipelaqı, Odlu Torpaq, Kamçatka, Kola yarımadası, Qalapaqos adaları. Azərbaycanda bu tip koloniyaya Gil adasında rast gəlinir. Adada 10 000 baş olan qağayı koloniyası vardır == İnsanlar tərəfindən istifadə == Koloniyalarda quano, quş yumurtası və qiymətli quş lələkləri və tükü toplanılır. Üstəlik bu ərazilərdə kütləvi şəkildə quş ovlanılır.
Quş peyini
Quş peyini — quşların ifrazatıdır, defekasiya zamanı ifrazat dəliyindən (kloaka) xaric olunur. Qiymətli, güclü təsir edən gübrə istehsalı üçün xam malıdır.
Quş qanadı
Qanad — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Heyvan ya da cansız bir obyektin uçmasını təmin edən orqan və ya parça. Xüsusilə quşlarda görülür. Bəzi heyvanlarda uçmasını təmin edə bilməyəcək qədər balacadır. Quş qanadları uçmağa uyğunlaşmış ön ətraflardır. Onların skeleti bazu, said, çox dəyişmiş əldarağı və barmaqlardan ibarətdir. Qanadların dərisi üzərində çalma və örtücü lələklər olur. Qanad lələkləri kirəmit kimi bir-birinin üzərinə yataraq, hava keçirməyən bütöv və yumşaq səth əmələ gətirir. Yarasa qanadlar çox uzanmış əl barmaqları, ayaqlar və quyruq ilə bitişmiş uçma pərdəsindən ibarətdir.
Quş qripi
Quş qripi (latınca Grippus avium), klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyi. == Xəstəliyin tarixi == Quş qripi hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-cı ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə "Quş qripi" xəstəliyi adlandırıblar. Xəstəliyin törədicisinin vizionunun böyüklüyü 80-120 nm-dir, bəzən sapkimi şəkildə 400-800 nm ölçüdə ola bilər (nomometr 1 millimertin milyonda bir hissəsidir). Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində büruzə verməyə başlayıb.
Quş quşüzümü
Quş quşüzümü (lat. Solanum aviculare) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliya və Yeni Zellandiyadır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə qədər olan düz gövdəli, şaxələnmiş budaqlı, həmişəyaşıl koldur. Yarpaqlarının uzunluğu 20 sm olub, tünd-yaşıl rəngdədir. İri bənövşəyi-mavi, ulduzvari çiçəklərinin diametri 3 sm-ə qədərdir. Çiçəkləməsi iyunda başlayıb, oktyabr ayına qədər davam edir. Toxumla çoxaldılır. == Ekologiyası == Rütubətli, tropik meşələrdə gilli torpaqlarda yaxşı bitir. İstiyə, işığa davamlı bitkidir.
Quş qırxbuğumu
Quş qırxbuğumu (lat. Polygonum aviculare) – qırxbuğum cinsinə aid bitki növü.Polygonum aviculare L. (P. Heterophyllum Lindm.) – Quş qırxbuğumu (Quş qarabaşağı, quş qızılcığı, quşdili, yaşıl-ot, qazotu, bağayarpağı, quğuotu, ququ quşu, şəfəq, sporış, qaz (quş) qarabaşağı, cənazə arabası, məndəcər otu) == Botaniki xarakteristikası: == Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir. Zəif iyli olub, azacıq büzücüdür.
Quş yuvası
Quş yuvası — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Quşyuvası kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxasli kəndindən çixmiş ailələr qizilquş yuvalari olan və Quşyuvası adlanan meşəlik sahədə saldiğına görə belə adlandırılmışdır.
Quş şəlaləsi
Quş (rus. Птичий) — Rusiyanın Saxalin vilayətində, Kunaşir adasında yerləşən şəlalə. Quş şəlaləsi Kusirodan 254,5 km şimal-şərqdə yerləşir. Şəlalə Kuril qoruğunun əsas görməli yerlərindən biri hesab olunur. Şəlalə Quş (Ptiçaya) çayının Oxot dənizinə töküldüyü yerdə formalaşmış. Şəlalə Kunaşir adasının ən böyük və ən enli şəlaləsidir: Hündürlüyü 12 metr, eni isə 20 metr olan şəlalə yağışlı mövsümdə ən enli səviyyəsinə çatır. Şəlalədən yuxarıda bir çox mineral bulaqlar yerləşir. Bulaqların suyu çayın rəngini parlaq mavi rəngdən şəffaf rəngə qədər dəyişir. == Ümumi məlumat == Şəlalə və çay öz adını yaz aylarında ərazidə çoxlu quşların toplanmasına görə almış. Quş çayı yetərincə bol suludur (Kunaşir adasında ikinci böyük çay).
Siçanaoxşar quş
Laçın (quş)
Laçın (lat. Falco peregrinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçindən xeyli iridir (0,8 kq-a qədər). Bel tərəfi, qanadları və quyruğu göyümtülə çalan boz, qarın tərəfi isə açıq rənglidir və köndələn naxışları var. Döşündəki naxışlar damcı formalıdır. "Bığları" parlaq qara, ayaqları sarıdır. == Arealı == Avropa, Asiya, Afrika, Avstraliya, Şimali Amerika, Cənubi Amerikanın cənub-qərb hissəsi. Azərbaycanda dağların yüksək qurşaqlarında məskunlaşıb nəsil verir. Oturaq, qışlayan və miqrant populyasiyaları var.
Qaz (quş)
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Börgin Ağzı yaşayış yeri
Börgin Ağzı yaşayış yeri — Qazax rayonunun Daş Salahlı kəndindən Aslanbəyli kəndinə gedən yolun 500 metr qərbində yerləşir. Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
Ara (quş növü)